...

Elcell Bakıda yeni ofis açıb

Telekommunikasiya Materials 30 Mart 2007 16:49 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Elcell müştərilərə simsiz internet servisi göstərilməsi üzrə yeni ofisini açıb. Bu barədə cümə günü şirkətdən məlumat verilib. Ofis müasir konseptual yanaşma əsasında tərtib edilib və müştərilər üçün maksimal rahatlıq şəraitində xidmətlərin göstərilməsini təmin edəcək.

Ofisdə müştərilər Elcellin tam xidmət spektrindən istifadə etmək: mütəxəssislərin məsləhətlərindən faydalanmaq,optimal tarif planı müəyyənləşdirmək, şəbəkəyə qoşulmaq, ödəmələr aparmaq və eyni zamanda internet üçün aksessuarlar əldə etmək kimi imkanına malik olacaq.

Tətbiq edilmiş müasir zənglər mərkəzi (call-centre) 24 saat operativ xidmət göstərir və eyni zamanda 30-a qədər müştəri ilə telefon əlaqəsi yaratmaq imkanı verir. Ofisdə quraşdırılmış xüsusi stend internet sənayesi və müasir İP texnologiyalarının son nailiyyətləri ilə tanış olmaq üçün şərait yaradır.

Yeni müştəri xidmətləri mərkəzi Fətəli xan Xoyski, 2a ünvanında yerləşir (metronun "Gənclik" stansiyası, Ramstore supermarketi və McDonalds restoranının yanı).

2005-ci il dekabrın 1-dən Datacell LLC Azərbaycanda simsiz geniş mobil internet Elcell servisinin kommersiya fəaliyyətinə başlamasını elan edib. Yarandığı andan sonra bir il ərzində Elcell məlumatların keyfiyyətli simsiz ötürülməsi xidmətini təqdim etməklə Azərbaycanın telekommunikasyia bazarında özünü təsdiqləyib. Servisin əsas fərqi internetə simsiz qoşulma yeni texnologiyasının tətbiq edilməsidir. Portativlik, mobillik, sürət, həmçinin qoşulma və istifadədə sadəlik internetə bu çıxış yolunu tamamilə yeni və perspektivli həll edir. Elcell yerləşmə yerindən asılı olmayaraq korporativ fayllar, e-mail və veb-resurslara qorunmuş daxilolma təqdim edən məlumatların ötürülməsi üçün keyfiyyətli mobil şəbəkədir.

Xəbər lenti

Xəbər lenti