...

Azərbaycan RB-nin peyk rabitəsi üzrə iclasında iştirak edəcək

Telekommunikasiya Materials 31 Mart 2007 12:58 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi peyk rabitəsi, televiziya və səsli radioyayım üzrə Regional Birliyin Komissiyasının və komissiyanın radiotezlik spektri və radioelektron vasitələrin (EMS RES) elektromaqnit uyğunluğu üzrə birgə iclasında iştirak üçün təklif hazırlayıb. Bu barədə nazirlikdən məlumat vrilib. Görüş 2-5 aprel tarixində Bişkəkdə keçiriləcək.

Azərbaycanı iclaslarda Rabitə Nazirliyinin dövlət müəssisələri fəaliyyətinin koordinasiyası şöbəsinin məsləhətçisi Qulam Abdullayev və radio tezliyi dövlət idarəsinin radio tezlik şöbəsinin rəhbəri Nadir Sadıxov təmsil edəcək.

Azərbaycan mütəxəssisləri tərəfindən Ümumdünya Radioəlaqə Konfrasına hazırlıqla bağlı təkliflər hazırlanıb. Təkliflər 3 G texnologiyasına əsasən tezliklərin ayrılması və iclasın gündəliyinə daxil olan bir sıra texniki məsələlərlə bağlıdır.

Ümumlikdə RB iclaslarının gündəliyinə RB Rabitə Administrasiyalarının (RA) VKR-07-yə hazırlığı, RB RA-nın VKR-07-nin gündəliyindəki bəndlərə əsasən ümumi təkliflərin hazırlanması üzrə işçi qrupun iclası (7-8 fevral 2007-ci il, Moskva), 470-862 MQs diapazonunda DVB-H sisteminin tətbiqi ilə bağlı məsləhətlərin hazırlanması, rəqəmsal yayım üçün qəbuledici-ötürücü aparat bazarının xülasəsi, 174-230 MQs və 230-238 MQs diapazonunda T-DAB yerüstü rəqəmsal radioyayımın tətbiqi ilə bağlı təkliflərin hazırlanması, radiotezlik spektrinin istifadəsində effektliyin artılırmasının müasir yolları, radiotezlik spektrinin konversiyası məsələləri üzrə RB RA-nın təcrübə mübadiləsi, RB-nin peyk rabitəsinə əsaslanan subregional sisitemin yaradılması üzrə işlər və digər tədbirlər daxildir.

Azərbaycan 1991-ci ilin dekabrından RB-nin tamhüquqlu üzvüdür.

Xəbər lenti

Xəbər lenti