...

HP şirkəti IBM-i qabaqlayıb

Telekommunikasiya Materials 31 Mart 2007 13:19 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /IT sahənin öyrənilməsi üzrə ixtisaslaşan analitik firma IDC bu gün 2006-cı ilin IV rübü üçün serverlər bazarı üzrə göstəriciləri elan edib. Hewlett Packard (HP) şirkəti həm gəlirlilik, həm də qlobal bleyd-serverlər bazarında satılmış məhsulun miqdarına görə ən yaxşı nəticələr qazanıb. Bu barədə HP-nin Azərbaycandakı nümayəndəliyi məlumat verib.

IV rübdə istehsal gəlirlərinin 41.9 %-lik payı və istehsal olunmuş məhsulun ümumi satışlarının 40.0%-i ilə bleyd-serverlər bazarında birinci yeri tutaraq, HP şirkəti IBM-i qabaqlayıb. HP-nin satılmış vahidlərinin miqdarı və gəlirliliyi 2005 -ci illə müqayisədə IBM-də olduğundan təqribən 10 dəfə çox artıb.

IV rübdə bazarın 31.6 % -lik payı ilə HP qlobal serverlər bazarında göndərilmiş məhsulun miqdarına görə artıq bir-birinin ardınca 19 rüb ərzində liderlik edir. Cari rübdə HP həmçinin iki ən yaxın rəqibinin hesabına sahə üzrə artım göstəricilərini 4.6 % artırıb.

IDC hesabatında deyilir ki, Serverlər bazarında liderlik etdiyi 86 rübdən bir-birinin ardınja 42-ci rübü qeyd edərək HP şirkəti IV rübdə və bütövlükdə 2006-cı ildə göndərilmiş serverlərin miqdarına görə yenidən 1-ci yerə çıxıb. Şirkət IV rübdə özünün istehsal gəlirləri payını 33.9 % artıraraq (2) indi Intel® Xeon™ prosessorları ilə birlikdə təklif olunan HP ProLiant serverləri ailəsinin uğurunu inkişaf etdirir; bazarın 33 %-ni tutaraq, 2006-cı ildə gəlirlərinə görə yüksək istehsalata malik olan kompüter texnikası bazarında HP № 1-li şirkət olub. 2005 -ci illə müqayisədə göstəricilərini 16.7% yaxşılaşdıraraq, şirkət sahə üzrə gəlirlilik artımı sürətini təqribən 2 dəfə üstələyib.(3) Beləliklə, artıq dalbadal dördüncü ildir ki, HP yüksək istehsalata malik olan kompüter texnikası bazarında liderlik edir;

Həm gəlirlilik, həm də satılmış məhsul vahidlərinin miqdarına görə HP getdikcə daha çox rəqabətli olan AMD® Opteron™ prosessoru bazasında serverlər seqmentində liderlik mövqeyini saxlayır. IV rübdə 2005-ci illə müqayisədə onun göstəriciləri müvafiq olaraq 4,6% və 5,6 %, yaxşılaşıb; IV rübdə 2005-ci illə müqayisədə müvafiq olaraq 82.2 və 69.2 % artım nümayiş etdirərək HP həm istehsal gəlirləri, həm də satılmış avadanlığın miqdarına görə EPIC/Itanium-un bazar seqmentində liderliyi qazanıb. Artım Intel Itanium®2 "Montecito" prosessorları olan HP Integrity serverlərinin bazarda yüksək populyarlığı sayəsində əldə edilib;

HP 2006-cı ildə Windows®, Linux və UNIX® serverlərinin satışından gəlirliliyin 31.3 % -lik bazar payı ilə yenə də "ixtisaslı əksəriyyət" qazandı. Həmin üç əməliyyat sistemi dünyada satılan bütün serverlərin 97%-dən çoxunda quraşdırılır və bütün serverlərdən alınan gəlirlərin 80 % -dən çoxunu təmin edir;

HP bütün dünyada Linux-serverlərin № 1-li təchizatçısı olaraq qalır. Onun gəlirləri və satdığı məhsulun miqdarı orta hesabla bazar üzrə olduğundan iki dəfə böyük sürətlə artır. IV rübdə şirkət gəlirlər və satışları səviyyəsinə görə bazarın 33 %-dən çoxunu qazanıb;

2006-cı təqvim ilində HP şirkəti UNIX( serverlərin yüksək texnologiyalar seqmentində aparıcı mövqelərini saxlayıb və öz payını rəqiblərinin hesabına artıraraq 2005-ci illə müqayisədə satılmış UNIX(5) serverlərinin miqdarı və gəlirliliyi artırıb.

Xəbər lenti

Xəbər lenti