...

Catel Azərbaycanda mobil rabitənin yeni tarif paketini təqdim etdi

Telekommunikasiya Materials 4 Aprel 2007 14:20 (UTC +04:00)
Catel Azərbaycanda mobil rabitənin yeni tarif paketini təqdim etdi

Azərbaycan, Bakı/ Trend müxbir S.Babyeva/ CDMA 2000 standartı üzrə mobil rabitə xidməti göstərən Azərbaycan - Amerikan Birgə Müəssisəsi Catel bu gün yeni ticarət nişanı FONEX-i təqdim edib.

Catel-in icraçı direktoru Sadıq Hümbətovun sözlərinə görə, bazara yeni ticarət nişanının çıxarılması şirkətin startegiyasının bir hissəsidir.

FONEX çərçivəsində yeni tarif paketi təqdim olunur ki, burda da Azərbaycanın bütün rabitə operatorlarına zəng zamanı danışığın bir dəqiqəsi 10 qəpik olacaq. Tarif planına abonent haqqı daxil deyil.

FONEX abonentləri üçün 153 kb/s sürətində İnternetə çıxış imkanı da var. Yaxın planlarda isə WAP, sms Gateway, Voice mail xidmətləri də tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti