...

Catel Azərbaycanın şəhərlərində baza stansiyaları quraşdıracaq

Telekommunikasiya Materials 4 Aprel 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ CDMA 2000 standartı üzrə mobil rabitə xidməti göstərən Azərbaycan - Amerika Birgə Müəssisəsi Catel (Caspian American Telecommunications, LLC) ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması ilə fəaliyyətini genişləndirmək niyyətindədir. Bu barədə çərşənbə günü şirkətin baş direktoru Sadıq Hümbətov məlumat verib.

Onun sözlərinə görə, ilin sonuna qədər şirkət 30 şəhərdə stansiya quraşdırmaq niyyətindədir.

BM xidmət və satışların səviyyəsini artırmaq üçün dilerlərlə işləyir. Hazırda Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı və Şəmkirdə xidmət məntəqələri var.

Satel BM 1997-ci ildə Rabitə və Informasiya Texnologiyaları Nazirliyi və OMSL (Omni-Metromedia-Caspian Ltd.) konsorsiumu əsasında yaradılıb.

Catel BM CDMA standartı üzrə mobil rabitə xidməti göstərmək üçün 2005-ci ildə lisenziya alıb. Abonentlərinin sayı isə 10 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti