...

Azərbaycanda mobil telefonların istehsalına başlana bilər

Telekommunikasiya Materials 4 Aprel 2007 16:52 (UTC +04:00)
Azərbaycanda mobil telefonların istehsalına başlana bilər

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ CDMA 2000 standartı üzrə mobil rabitə xidməti göstərən Azərbaycan - Amerika Birgə Müəssisəsi Catel (Caspian American Telecommunications, LLC) ölkədə CDMA (Code Division Multiple Access) standartı üzrə telefonların istehsal imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə günü şirkətin baş direktoru Sadıq Hümbətov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət ölkəyə CDMA-nı dəstəkləyən yeni telefon partiyasının gətirilməsi barədə danışıqlar aparır.

"Bazarda təqribən 60 növ CDMA telefonları var. Təbii ki, GSM telefonları kimi bunların sayı çox deyil, buna görə də biz telefonların gələcəkdə Azərbaycanda yığılmasını planlaşdırırıq",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti