...

Ekspert: Azərbaycan IT sahəsininn inkişafına görə Şərqi Avropa ölkələrini qabaqlaya bilər

Telekommunikasiya Materials 6 Aprel 2007 18:00 (UTC +04:00)
Ekspert: Azərbaycan IT sahəsininn inkişafına görə Şərqi Avropa ölkələrini qabaqlaya bilər

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Əgər ölkə IT sahəsinin inkişafına diqqəti artırmaqda davam edərsə, bir neçə ildən sonra Azərbaycan bu sahədə Şərqi Avropa ölkələrini qabaqlaya bilər. Bunu İnformasiya Siyasəti Analitik Mərkəzinin direktoru, Global İnternet Policy İnitiative (GİPİ) beynəlxalq layihəsinin koordinatoru Yaşar Hacıyev bildirib.

The Global Information Technology hesabatında Azərbaycan 71-ci yeri tutub. Reytinqdə Azərbaycan Rusiya istisna olmaqla bütün digər MDB ölkələrini qabaqlayıb.

Onun sözlərinə görə, son illərdə İnhternet və rabitə sahəsinin inkişafı ilə bağlı layihələri nəzərə alsaq, bu cür reytinqi gözləmək olardı.

"Bu gün Internet məktəblərdə, ali təhsil müəssisələrində, ticarətdə və dövlət idarəçilik sistemində inkişaf edir", - deyə o bildirib.

İnternet Azərbaycanda yalnız Bakıda cəmləşməyib, həmçinin fəal surətdə ölkənin digər şəhərlərinə - Gəncə, Əli Bayramlı, Sumqayıt və Naxçıvana da inteqrasiya edir.

"Biz müəyyən bir yerdə dayanmamalıyıq. Bütün texniki imkanları istifadə etməkdə davam etməliyik", - deyə GİPİ koordinatoru bildirib.

Xəbər lenti

Xəbər lenti