...

Azercell Azərbaycanda 40-dan çox yeni stansiya quraşdırıb

Telekommunikasiya Materials 10 Aprel 2007 16:25 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın mobil operatoru Azercell Telecom BM əhatə dairəsini daha da genişləndirmək və Azərbaycanda keyfiyyətli rabitə xidməti göstərmək üçün Bakıda və ölkənin müxtəlif bölgələrində daha 41 yeni stansiya quraşdırıb.

Onlardan 28-i Bakıda, 2-si Qobustanda, qalan 11 stansiya isə Sumqayıt, Abşeron, Qax, Quba, İsmayıllı, Kəngərli, Goranboy, Şərur, Şəki, Lənkəran və Cəlilabad rayonlarının ərazisində yerləşir.

Şirkət mart ayının sonuna 2 rezervləşdirilmiş abonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1139 stansiya quraşdırıb.

Azercell Telecom BM 2,4 mln-dan çox müştəriyə malikdir. Şirkətin əsasının qoyulduğu 1997-ci ildə şirkətin müştərilərinin sayı 10 min olub. Operator Azərbaycan ərazisinin 77 faizini və respublika əhalisinin 99 faizini mobil rabitə ilə əhatə edir.

Şirkət 1996-cı ilin yanvarında yaranıb və fəaliyyətinə həmin ilin dekabrında başlayıb və abunəçilərinə sonradan ödəmə əsasında xidmətlər təklif edib. Azercell Telecom Azərbaycanın Rabitə və İnofrmasiya Texnologiyaları Nazirliyi (35,7 faiz) və Fintur Holdings BV şirkətinin (64,3 faiz) birgə müəssisəsidir. Fintur Holdings BV-in səhmləri 58,55 faiz TeliaSonera və 41,45 faizi isə Turkcell şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti