...

"Baktelekom" köhnə ATS-lərin yenidən qurulması üzrə tender keçirib

Telekommunikasiya Materials 12 Aprel 2007 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend .S.Babayeva/ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" İstehsalat Birliyi 471/472/473, 474/475/476 və 423 indeksli analoq tipli telefon stansiyalarının Next Generation Network (NGN) texnologiyası bazası əsasında inşası, layihələşdirilməsi və yenidən qurulması üzrə açıq tender keçirib. "Baktelekom"dan verilən məlumata görə, stansiyaların ümumu tutumu 90 min nömrə təşkil edir. Tenderdə iştirakın qiyməti 10 min manat olub. Tenderdə 5 şirkət iştirak edib və artıq "Baktelekom"un komissiyası təklifləri dəyərləndirməyə başlayıb.

Müvafiq işlər tenderin qalibi ilə müqavilə imzalandıqdan 3 ay sonra tamamlanmalıdır. "Baktelekom" Bakı telefon şəbəkəsinin yenidən qurulmasını bu ilin birinci yarısına kimi yekunlaşdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti