...

Azərpocht Contact sistemi üzrə xidmətlər göstərməyə başlayıb

Telekommunikasiya Materials 14 Aprel 2007 13:08 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpocht Dövlət Müəssisəsi (DM) bu həftə hesab açılmadan fiziki şəxslər üçün təcili pul köçürmələri üçün Contact sistemi üzrə işə başlayıb.

DM-dən verilən məlumata əsasən, ilkin mərhələdə müəssisə öz xidmətlərini Bakının 100-dən artıq məntəqəsi olan poçt şöbələrində göstərəcək. Gələcəkdə xidmətlərin Azərbaycan regionlarında da göstərilməsi planlaşdırılır.

Contact pul və ödənişlərin köçürülməsi üzrə beynəlxalq sistemdir. CONTACT dünyanın 81 ölkəsində - Azərbaycan, Argentina, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Almaniya, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İran, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Livan, Mərakeş, BƏƏ, Pakistan, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Ukrayna, İsveçrə və digər ölkələrdə 29 min xidmət məntəqəsinə malikdir.

Contact sistemi üzrə pul köçürülmələri həyata keçirilərkən göndərəndən komissiya alınır və Rusiya üzrə köçürülmədə bu, 2 faiz, yaxın və uzaq xaric dövlətləri üçün isə 3 faiz təşkil edir. Pul köçürmənin yerinə yetirilməsi sürəti bir neçə dəqiqədən 24 saata qədər həyata keçirilir. Bu, sistem iştirakçısı olan bankın iş qrafikindən asılıdır. Ödəmələr nağd halda həyata keçirilir. Rusiyada köçürülmələr rublla, ondan kənarda isə ABŞ dolları və ya avro ilə ödənilir.

Bu gün Contact sistemindən başqa Azərpocht DM Western Union, Migom və Travelex sistemləri üzrə pul köçürülməsi xidmətlərinin yerinə yetirilməsi üçün sazişə malikdir.

Xəbər lenti

Xəbər lenti