...

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni İnternet portalını sınaqdan keçirir

Telekommunikasiya Materials 16 Aprel 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi özünün yeni İnternet portalını sınaqdan keçirir. Nazirlikdən verilən məlumata görə, portal üç versiyadan ibarətdir-Azərbaycan, rus və ingilis.

"Nazirlik", "Telekom", "İT" və "Poçt" bölmələrinə malik portlal özündə ölkədə rabitə və informasiya texnologiyaları sahələrinin mövcud vəziyyəti, Azərbaycanda İT sahəsinin inkişfının tarixi, layihələr, dövlət proqramları və müvafiq qanunvericilik bazası ilə bağlı məlumatları əks etdirir.

Eyni zamanda burada istifadəçilərə xidmət üzrə xüsusi bölmə yer alır. "İstifadəçilər üçün" adlı alt bölməsində Bakının rayonları və telekommunikasiya qovşaqları, habelə Azərbaycanın regionları üzrə istifadədə olmayan telefon nömrələri var.

Portalda həmçinin yerli özəl şirkətlərin, birgə müəssisələrin və İT sahəsində çalışan bəzi beynəlxalq təşkilatların web-saytlarının ünvanları yerləşdirilib. Nazirlik yeni portalının təqdimetmə mərasimini may ayında gerçəkləşdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti