...

Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı artır

Telekommunikasiya Materials 17 Aprel 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 3,6 milyon nəfər təşkil edir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, onların böyük hissəsi Azərcell Telecom-un payına düşür. Bu mobil rabitə operatorunun 2,5 milyon abunəçisi var.

2007-ci ilin ilk rübündə mobil rabitədən əldə olunan gəlirlər ötən ilin müvafiq göstəricisindən 26,2 faiz artıq olub və rabitə sahəsindəki ümumi gəlirlərin böyük hissəsini ətşkil edib.

Bu gün Azərbaycanda GSM mobil rabitədə Azərcell Telecom, Bakcell və Azərfon şirkəti xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti