...

Azərbaycanda rabitə xidmətlərinin həcmi artır

Telekommunikasiya Materials 17 Aprel 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Yanvar-mart aylarında Azərbaycanda 140,2 milyon manat dəyərində rabitə xidmətləri göstərilib. Bu, ötən ilki müvafiq göstəricidən 16,6 faiz çoxdur.

Azərbaycanın Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, göstərilən rabitə xidmətlərinin 74,1 faizi xarici şirkətlərin payına düşür. Əldə olunan gəlirlərin 78,7 faizi isə əhaliyə göstərilən rabitə xidmətlərinin payına düşür.

Azərbaycanın bölgələrində göstərilən rabitə xidmətlərinin həcmi də artıb. Belə ki, müvafiq rəqəm Quba-Xaçmaz zonasında 20,4 faiz, Şirvan zonasında 12,5 faiz, Şəki-Zaqatala zonasında 21,8 faiz, Aran zonasında 12,5 faiz, Naxçıvanda 30,5 faiz, Lənkəranda 14,6 faiz, Abşeronda 3,9 faiz və Gəncə-Qazax zonasında 3,5 faiz təşkil edib.

.

Xəbər lenti

Xəbər lenti