...

Azərcell Xorvatiya və ABŞ-la rouminq müqaviləsi bağlayıb

Telekommunikasiya Materials 17 Aprel 2007 17:00 (UTC +04:00)

Azərbaycan,Bakı / Trend /Azərbaycanın mobil operatoru Azərcell Telecom BM GPRS/MMS üzrə Cingular Wireless operatoru (ABŞ) və Vipnet operatoru (Xorvatiya) ilə rouminq müqaviləsi bağlayıb. Bu, Azərcell-in ABŞ-la sayca üçüncü, Xorvatiya ilə birinci GRPS/MMS rouminq müqaviləsidir.

İndiyə qədər Azərcell Telecom BM 37 ölkənin mobil rabitə operatorları ilə 84 GRPS/MMS rouminq müqaviləsi bağlayıb.

Azərcell təxminən 2,5 mln. abunəçiyə malikdir. Operator Azərbaycan ərazisinin 77 faizi və respublika əhalisinin 99 faizini mobil rabitə ilə əhatə edir. Şirkətin əsası 1996-cı ilə qoyulub və abunəçilərinə sonradan ödəmə əsasında xidmətlər təklif edərək fəaliyyətinə həmin ilin dekabrında başlayıb.

Azərcell Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35,7 faiz) və Fintur Holdings BV (64,3 fazi) şirkətinin birgə müəssisəsidir.

Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera və 41,45 faizi Türkcell şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti