...

Bakıda TAA üzrə işçi qrupun iclası keçiriləcək

Telekommunikasiya Materials 17 Aprel 2007 17:19 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bakıda TAA (Trans-Asiya-Avropa) beynəlxalq fibrooptik kabel magistralı üzrə işçi qrupun iclası keçiriləcək. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İclaslar 18-21 aprel tarixdə keçiriləcək. Görüşdə Siyəzən (Azərbaycan) - Aktau (Qazaxıstan) marşrutu üzrə TAA Xəzər seqmentinin tikintisi müzakirə olunacaq.

Bu gün Xəzər dənizinin sualtı hissəsindən başqa, Şanxaydan Frankfurta qədər TAA optik lifli kabelin bütün seqmentlərində tikinti işləri başa çatıb. Buna görə də TAA kabeli üzrə məlumat mübadiləsi İran və Rusiya ərazisindən tarnzit yolu ilə həyata keçirilir, bu da magistralın təhlükəsizliyini aşağı salır və davamlılığı artırır.

Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan regionda əsas tranzit dövləti olacaq. Layihə Orta Asiyaya Azərbaycan ərazisindən Türkiyə ilə birbaşa əlaqə saxlamağa imkan verəcək. Eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələr Qazaxıstan ərazisi vasitəsilə Çinlə əlaqə yaratmaq imkanı əldə edəcək.

Xəbər lenti

Xəbər lenti