...

Azərcell "Mobile Banking" xidmətini tətbiq etməyə hazırlaşır

Telekommunikasiya Materials 19 Aprel 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərcell Telecom "Azəricard" müştəriləri olan öz abunəçiləri üçün yeni "Mobil Banking" xidmətini tətbiq etməyə hazırlaşır. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, hazırda "Azəricard" prosesinq şirkəti ilə texniki işlər aparılır. "Mobile Banking" xidmətindən MDB məkanında hələlik yalnız Rusiyada istifadə olunur.

Bu xidmətin tətbiqindən sonra "Azəricard"ın müştəriləri olan Azərcell abunəçiləri mobil telefon vasitəsilə öz hesablarını idarə edə biləcək, o cümlədən kommunal xərcləri ödəyə biləcəklər. Bu xidmət həmçinin imkan verəcək ki, abunəçi əlavə instansiyalara baş çəkmədən öz plastik kartını operativ şəkildə bağlaya bilsin (itirdiyi halda). Yeni xidmətin il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti