...

Azərfon "Nar Mobile Dünyası" əyləncə portalını təqdim edib

Telekommunikasiya Materials 23 Aprel 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ "Nar Mobile" öz abunəçiləri üçün "Nar Mobile Dünyası" adlanan yeni əyləncə portalını təqdim edib. Bu barədə Azərfon-nun mətbuat xidmətindən məlumat verilib.

"Nar Mobile Dünyası" mobil rabitə xidmətlərini rəngarəng etməklə yanaşı, abunəçilərə bir sıra maraqlı xidmətlərdən istifadə etmək imkanı yaradır.

"Nar Mobile Dünyası" vasitəsi ilə abunəçilər "Dinlət" (CRBT texnologiyası əsasında hazırlanmış, çağrı siqnallarının əvəzinə müxtəlif musiqi parçalarının və siqnal səslərinin əlavə edilməsi üçün xidmət) xidmətindən yararlana biləcəklər. Eyni zamanda proqramlar, musiqi və melodiyalar, eləcə də oyunlar yükləyə və SMS vasitəsilə müxtəlif məlumatlar ala biləcəklər.

"Nar Mobile" hər bir xidmət üçün vahid qiymət müəyyənləşdirib. Məsələn, "Dinlət" xidməti vasitəsilə çağrı siqnalının melodiya ilə əvəzlənməsinin qiyməti 1 AZN -dır.

Rabitə və İnformasiya Texnolo giyaları Nazirliyi Azərfon-a mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabrında lisenziya verib. Şirkət kommersiya fəalliyyətinə bu ilin martında başlayıb. Azərfon-un təsisçiləri "Aztelekom" İstehsalat Birliyi (10%), Almaniyanın "Siemens" (30%) və iki Britaniya şirkətidir (60%).

Xəbər lenti

Xəbər lenti