...

Azərcell Əli Bayramlıda müştərilər üçün yeni xidmət mərkəzi açıb

Telekommunikasiya Materials 27 Aprel 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azərcell BM abonentlərə xidmət göstərmək üçün Əli Bayramlı şəhərində yeni bölgə Müştəri Xidmətləri Mərkəzini istifadəyə verib. Mərkəzin əhatə dairəsinə Əli Bayramlı şəhəri, eləcə də Hacıqabul, Salyan və Neftçala rayonları daxildir.

Yeni mərkəzin ödəmə məntəqəsi Bank Respublikaya aiddir. İş qrafiki isə bazar ertəsindən şənbəyə qədərdir.

Hazırda 10 müştəri xidmətləri mərkəzi ilə yanaşı, "Azərcell Telekom" abonentləri üçün Bakıda və respublikanın müxtəlif regionlarında 11 "Azərcell Ekspres" ofisi fəaliyyət göstərir.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. 1997-ci ildə - fəaliyyətinin ilk dövrlərində isə bu say cəmisi 10 min idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edir.

Azərcell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti