...

Azərcell aprel ayında 19 stansiya quraşdırıb

Telekommunikasiya Materials 3 May 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babaeva / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM aprel ayında Bakıda və ölkənin müxtəlif bölgələrində 19 stansiya quraşdırıb. Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Yeni stansiyaların 6-sı Bakıda, 2-si Abşeronda, 2-si Bərdədə, 2-si Cəlilabadda və 2-si Gəncədə, qalan 5 stansiya isə Ağstafa, Ordubad, Qobustan, Salyan və Tətrər rayonlarının ərazisində yerləşir.

Bütövlükdə "Azercell Telekom" BM bu ilin mart ayının sonuna 2 rezervləşdirilmiş abonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1158 stansiya quraşdırıb.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. 1997-ci ildə - fəaliyyətinin ilk dövrlərində isə bu say cəmisi 10 min idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 78, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edir.

Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti