...

Dövlət müəssisələri tərəfindən yanvar-aprel aylarında Azərbaycanın İT sahəsinə yatırılan vəsaitlərin həcmi 11 mln. dollardan çox olub

Telekommunikasiya Materials 15 May 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Yanvar-aprel aylarında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gəlirləri 57365,8 min manat təşkil edib. Halbuki proqnozda 49810,1 min manat göstərilirdi. Bu barədə çərşənbə axşamı nazirlikdən verilən məlumatda bildirilir.

Əhaliyə 20430,4 min manatlıq xidmətlər göstərilib (proqnoz 19454,6 min manat olub). Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 3 və 10 faiz çoxdur.

Müvafiq müddət ərzində nazirlik ölkənin İT sahəsinin inkişafına 9588,2 min manat yatırıb. Bu vəsaitlər əsasən rabitə xətlərinin yenidən qurulmasına, habelə şəhərlərarası fibrooptik magistralların inşasına sərf olunub.

2007-ci ildə Rabitə Nazirliyi 29 mln. manat investisiya yatırmağı planlaşdırır. 2006-cı ildə dövlət müəssisələri tərəfindən yatırılan vəsaitlər 42 mln. manat təşkil edib. Ümumilikdə isə rabitə sahəsinə qoyulan investisiyalar 211,6 mln. manata bərabər olub (Azərbaycan iqtisadiyyatına yönələn ümumi investisiyaların 3,5 faizi).

Xəbər lenti

Xəbər lenti