...

Azərbaycanın Təhsil Nazirliyi "İntel" korporasiyası ilə əməkdaşlığın inkişafında maraqlıdır

Telekommunikasiya Materials 22 May 2007 18:26 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Təhsil Nazirliyi "İntel" korporasiyası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə çərşənbə günü "İnformatika. Təhsil sahəsinə informasiya texnologiyalarının tətbiqi məsələləri" respublika elmi konfransında təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyalarının istifadəsi sahəsində müəllimlərə kompleks köməyin göstərilməsi üçün səyyar laboratoriyaların alınması üçün korporasiya ilə danşıqlar aparılır. Ümumilikdə 15 bu cür laboratoriyanın alınması planlaşdırılır.

Mərdanov hesab edir ki, bu, ölkə regionlarında kompüter texnologiyaları üzrə müəllimlərin hazırlanmasına müsbət təsir göstərəcək.

Bundan başqa, nazir bildirib ki, "İntel"lə imzalanmış memorandum çərçivəsində yaxın zamanlarda korporasiya Təhsil Nazirliyinə pulsuz olaraq min ədəd noutbuk təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti