...

Latviya məhz Azərbaycan üçün IT forumu keçirəcək

Telekommunikasiya Materials 22 May 2007 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin Latviyaya səfəri çərçivəsində informasiya texnologiyaları mövzusunda Azərbaycan-Latviya biznes forumu keçiriləcək. Bu barədə məlumatı çərşənbə axşamı nazirlikdən veriblər.

Forumun təşəbbüsçüsü Latviyanın elektron idarəetmə işləri sahəsində xüsusi işlər üzrə naziri İnı Qudele olub. Forumun keçirlmə tarixi isə mayın 30-na müyyənləşdirilb.

Azərbaycan nümayəndə heyətinin tərkibində həmçinin beynəlxalq əlaqələr və qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəhbəri Ayaz Bayramov və Maliyyə, hesabat və iqtisadi analiz şöbəsinin rəhbəri Rəşad Nəbiyev də daxildir.

Forumda əsas müzakirə mövzusu iki ölkə arasında rabitə və informasiya texnologiyaaları sahəsində əməkdaşlığın genişləndirilməsi və Elektron hökumət üzrtə layihələrin həyata keçirilməsi olacaq.

Qudele Bakıya mart ayında səfər edib. Səfər zamanı o, nazir, özəl sektorda olan IT nümayəndələri ilə görüşüb, Latviyanın elektron hökuməti üzrə təqdimat keçirib.

Xəbər lenti

Xəbər lenti