...

Stasionar telefonlardan Nar Mobile şəbəkəsinə edilən zənglərin qiyməti azaldılıb

Telekommunikasiya Materials 31 May 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Mayın 1-dən etibarən stasionar telefonlardan (yalnız Aztelekom və BTRIB abunəçiləri üçün) Nar Mobile şəbəkəsinə zənglərin qiyməti azaldılıb. "Azerfon"nun yaydığı məlumata görə, endirim 35 faiz təşkil edib.

İndi Nar Mobile nömrələrinə zəng edən abunəçilər əvvəlki 0,28 manat (bir dəqiqə üçün) əvəzinə 0,18 manat ödəyəcəklər.

"Azerfon" BM Azərbaycan ərazisində GSM standartı üzrə mobil rabitə xidmətləri göstərmək üçün 2005-ci ilin sonunda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən müvafiq lisenziya alıb. Şirkət 2007-ci il 21 mart tarixindən Nar Mobile ticarət nişanı altında kommersiya fəaliyyətinə başlayıb.

Xəbər lenti

Xəbər lenti