...

Azərbaycanla Sloveniya İT sahəsində hökumətlərarası saziş imzalayacaqlar

Telekommunikasiya Materials 1 İyun 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanla Sloveniya rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən cümə günü verilən məlumata görə, nazir Əli Abbasovun mayın sonunda Latviyaya səfəri zamanı Sloveniyanın rabitə administrasiyasının rəhbərliyi ilə danışıqları olub.

Tərəflər Azərbaycanın informasiya-texnologiyalarının inkişafı ilə bağlı konfrans təşkil etməyi qərara alıblar. Bu konfrans avqustda Sloveniyada keçiriləcək beynəlxalq forum çərçivəsində baş tutacaq.

Forum çərçivəsində Azərbaycan hökuməti ilə Sloveniya arasında informasiya və kommunikasiya texnologiyaları sahəsindəki əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti