...

"Gələcək nəsillərlə üz-üzə" ilk ümumrespublika inşa müsabiqəsinə yekun vurulub

Telekommunikasiya Materials 1 İyun 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Təhsil Nazirliyində cümə günü "Gələcək nəsillərlə üz-üzə" ilk ümumrespublika inşa müsabiqəsinin yekunları açıqlanıb. Müsabiqə Azərbaycan Futuroloqlar Assosiasiyasının təşəbbüsü ilə Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə keçirilib.

15 mövzu üzrə 875 müəllif sırasından 45 finalçı seçilib. 15 mövzu üzrə 15 qalib müəyyən olunub, qalan 30 finalçı isə 2 və 3-cü yerlərə layiq görülüb.

Müsabiqənin finalçıları içərisində Naxçıvan MR-dən 4 nəfər, Bakı şəhəri üzrə 16 nəfər, Ağdam rayonu üzrə 2, Sumqayıt üzrə 2, Füzuli üzrə 2, Göyçay, Samux, Xırdalan, Qax üzrə isə 1 nəfər müvafiq yerlərə layiq görülüb.

9-11-sinif şagirdləri arasında keçirilən müsabiqənin iştirakçılarının çox hissəsi "Sülh və Münaqişə" mövzusuna müraciət edib.

Qaliblərə Rabitə Nazirliyi trəfindən təqdim olunmuş 16 noutbuk, 15 rəqəmli fotoaparat və 15 CD player təqdim olunub.

Müsabiqənin qaliblərini Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən seçilib.

Xəbər lenti

Xəbər lenti