...

Rabitə naziri Azərbaycanda regional innovasiya zonasının yaradılması tarixlərini açıqladı

Telekommunikasiya Materials 7 İyun 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend S.Babayeva/Azərbaycanda regional innovasiya zonasının yaradılması üçün ən əlverişli şərait 2008-ci ilin əvvəlindən başlaya bilər. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu, Milli Məclisin 2007-ci ilin payızında müvafiq qanun layihəsini qəbul edəcəyi təqdirdə mümkün ola bilər.

"Layihənin məsləhətçisi Booz Allen Hamilton-nun beynəlxalq və yerli ekspertlərin iştirakı ilə hazırladığı sənədlər paketi rəy almaq üçün Prezident Aparatına təqdim olunub" - deyə Abbasov bildirib.

Regional innovasiya zonasının yaradılması layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texnoparkların, elektron avadanlıq və proqram məhsullarının istehsalı və inkişafı üçün regional bazanın yaradılmasını, habelə ölkənin tranzit informasiya mərkəzinə (Data Centre) çevrilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti