...

"Microsoft" şirkətinin baş vitse-prezidenti "Windows XP" proqramının Azərbaycan dilində ilk versiyasını prezident İlham Əliyevə təqdim edib

Telekommunikasiya Materials 7 İyun 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı "Microsoft" şirkətinin baş vitse-prezidenti Kreyq Mandinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı "Microsoft" şirkətinin prezidenti Bill Qeyts və baş vitse-prezident Kreyq Mandi ilə İsveçrədə keçirdiyi görüşü xatırladaraq məhz bu görüş zamanı ölkəmizin "Microsoft" şirkəti ilə əməkdaşlığının konkret istiqamətlərinin müzakirə olunduğunu bildirib.

Prezident hazırda Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına böyük diqqət verildiyini deyib və bu baxımdan "Microsoft" şirkəti ilə əlaqələrin genişləndirilməsinin faydalı olacağına əminliyini söyləyib.

Kreyq Mandi "Microsoft" şirkətinin prezidenti Bill Qeytsin salamlarını prezident Əliyevə çatdıraraq Azərbaycana səfəri çərçivəsində səmərəli görüşlər keçirdiyini bildirib.

"Sizinlə keçirdiyimiz ilk görüş bizdə çox yaxşı təəssürat yaradıb. Görüş zamanı hiss etdik ki, siz qlobal baxışlara malik lidersiniz. Görüşdə bildirmişdiniz ki, enerjinin inkişafına söykənən cəmiyyətdən biliyə arxalanan cəmiyyətə keçməyi fikirləşirsiniz. Bu, ölkənizin gələcəyi baxımından çox önəmlidir", - deyə Mandi söyləyib.

Mandi "Microsoft" şirkətinin Azərbaycan üzrə birinci məhsulu olan "Windows XP" proqramının Azərbaycan dilində versiyasının ilk diskini və Bill Qeytsin prezident Əliyevə göndərdiyi kitabı təqdim edib.

Xəbər lenti

Xəbər lenti