...

Statistika Komitəsi Azərbaycana İT məhsulunun idxal həcmini açıqlayıb

Telekommunikasiya Materials 11 İyun 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycan Statistika Komitəsinin məlumatına əsasən, 2007-ci ilin əvvəli üçün rabitə və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan müəssisələr tərəfindən 599,1 mln. manatlıq məhsul istehsal olunub. Artım isə 24,9 faiz təşkil edib. İqtisadiyyat sahəsində çalışanların 1,7 faizi və yaxud 22 min nəfər İKT sahəsində məşğuldur.

Ölkədə İKT sahəsinə qoyulan investisiyalar 211,8 mln. manat təşkil edib və 2005-ci illə müqayisədə 38,8 faiz artıb. 2006-cı ildə Azərbaycana 278.9 mln. manatlıq ($320,6 mln.) məhsul, o cümlədən 152.3 mln. manatlıq ($175.6 mln.) 18 növ telekommunikasiya avadanlığı gətirilib.

Respublikaya 40.4 mln. manatlıq ($46.5 mln.) kompüter və kompüter avadanlığı, 10.2 mln. manatlıq ($11.8 mln.) elektron avadanlığı, 7.9 mln. manatlıq ($9.1 mln.) audio və videoməhsul idxal olunub.

Xəbər lenti

Xəbər lenti