...

"TeliaSonera" yeni prezident axtarır

Telekommunikasiya Materials 12 İyun 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Böyük telekommunikasiya şirkəti, İsveç və Finlandiyanın mobil rabitə bazarının lideri "TeliaSonera" yeni prezident və baş icraçı direktor axtarır. Şirkətin məlumatında bildirildiyi kimi, bu qərar şirkətin Direktorlar Şurasının 11 iyun tarixli iclası zamanı qəbul olunub.

Şirkət "Fintur Holdings BV" vasitəsilə Azərbaycanın mobil operatoru "Azercell Telecom"un səhmdarıdır, "Fintur" səhmlərinin 58,55 faizi "TeliaSonera"ya məxsusdur. Şuranın fikrinə görə, şirkət yeni inkişaf mərhələsinə qədəm qoyur və fəaliyyətini şirkətin gəlirlərinin artırılmasına yönəldən daha güclü rəhbərə ehtiyacı var.

"TeliaSonera"nın hazırkı prezidenti və icraçı direktoru Anders İgel öz vəzifəsini 31 iyulda tərk edəcək. İgel "TeliaSonera"nın prezidenti və icraçı direktoru vəzifəsini 2002-ci ildən "Telia AB" və İsveçin "Sonera Corporation" müəssisəsi birləşdikdən sonra icra etməyə başlayıb.

Onun vəzifəsini müvəqqəti olaraq vitse-prezident Kim İqnatius icra edəcək. "TeliaSonera" Finlandiya, Norveç, Danimarka, Baltika ölkələri , Türkiyə və Rusiyada 80,1 mln. dan çox müştəriyə xidmət göstərir. Personalın sayı 29 min nəfər təşlkil edir. 2006-cı il üçün mədaxil 12,9 milyard dollar, təmiz gəlir isə 2,7milyard dollardır.

Xəbər lenti

Xəbər lenti