Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bakıda informasiya texnologiyaları üzrə birinci Azərbaycan-İsrail biznes-forumu 10 İsrail şirkətinin iştirakı ilə keçiriləcək. Bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bura FTS, MTS, Mailvision, Ceragon, Megabridge, Radwin, WAC (Wireless Applications Corp.), Gilat, Alvarion və Radvision şirkətləri daxildir.
Şirkət nümayəndələrinin səfəri İsrailin İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutunun biznesin inkişafıl üzrə meneceri Korin Rotarinin rəhbərliyi ilə iyunun 25-26-da olacaq.
Səfərin ilk günündə "Azərcell" BM və "Aztelekom" İB ilə mümkün əməkdaşlıq məsələlərinin müzakirə olunacağı görüşlərin keçirilməsi planlaşdırılıb.
Iyunun 26-da isə genişləndirilmiş IT sahəsində çalışan irili-xırdalı 30 şirkətin dəvət olunduği geniş IT forum keçiriləcək.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı gözlənilir.