...

PALMALI radio və televiziya açır

Telekommunikasiya Materials 3 İyul 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / PALMALI şirkətlər qrupu yeni medialayihəyə başlayıb. İyulun 2-də saat 13:10-da PalMedia şirkəti Türkiyə ərazisində 99.2 tezliyində Pal Fm radiostansiyasının test yayımına başlayıb. Bu barədə şirkətin məlumatında göstərilib.

Dəniz yükdaşımaları üzrə dünya liderlərindən biri olan PALMALI şirkəti media sahəsində yüksək mövqe tutmaq niyyətindədir. PAL FM yalnız İstanbul deyil, həmçinin əhalinin sıx məskunlaşdığı regionları - Mərmərə, İzmit, Bursa, Bolu, Balıkesir, Edirne, Çanakkalanı da əhatə edəcək.

Kanalın istifadəçiləri 35 milyonluq auditoriya olacaq. Yaxın zamanlarda isə planetin hər bir hissəsindən olan dinləyicilərin istifadəsinə veriləcək kanalın rəsmi saytı açılacaq.

PalMedia-nın baş direktoru İbrahim Nəbioğlu bildirib ki: "Çox sıx rəqabət şəraitində İstanbulda 125 radiokanal fəaliyyət göstərir. PalMedia mütləq bu sırada öz yerini tapacaq".

İlin sonuna qədər PALMALI Şirkətlər Qrupu PAL TV telekanalının açılışı üçün hazırlıq işlərini başa çatdıracaq. Həmçinin daha bir radiokanalın açılışı planlaşdırılır.

PAL FM və PAL TV - Türkiyədə azərbaycanlılar tərəfindən yaradılmış ilk radio və televiziyadır.

Xəbər lenti

Xəbər lenti