...

Azərbaycanın KÜR kompüter zavodu satış həcmini artırmağı planlaşdırır

Telekommunikasiya Materials 5 İyul 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın kompüter istehsalı üzrə KÜR zavodu 2007-ci ildə satış həcmini artırmağı planlaşdırır. Bu barədə "Respublika" qəzetinə müəssisənin baş direktoru Rizvan Osmanov məlumat verib.

Onun sözlərinə görə, satış zavodun regional mərkəzləri hesabına artırılacaq. 2007-ci ilin birinci rübündə respublikanın 9 şəhərində 11 satış məntəqəsi fəaliyyətə başlayıb. İlin axırına kimi onların sayı artırılacaq. Belə məntəqələrin vasitəsilə kompüter satışı 30 faizi gerçəkləşdiriləcək.

2005-ci ildə müəssisə tərəfindən 4350 kompüter, 2006-cı ildə isə 11930 kompüter istehsal olunub. 2005-ci illə müqayisədə 2006-cı ildə satış həcmi korporativ müştərilər hesabına 2,7 dəfə artıb.

KÜR zavodu birgə müəssisə kimi fəaliyyət göstərir. Burada böyük iştirak payı Rabitə Nazirliyinə və yerli "Sinam" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti