...

Masallı Telekommunikasiya Qovşağı avadanlıq alınması ilə bağlı kotirovka sorğusu elan edib

Telekommunikasiya Materials 5 İyul 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Masallı Telekommunikasiya Qovşağı (TKQ) Həsənli-Xırmandalı kəndində elektron ATS üçün 786.60 NN avadanlığının alınması ilə bağlı kotirovka sorğusu elan edib. TKQ-nin yaydığı məlumatda bildirilir ki, maraqlı şirkətlərin kotirovka təklifləri iyulun 12-dək qəbul ediləcək. Əlavə məlumat almaq üçün TKQ-ya müraciət etmək gərəkdir.

Bölgələrdə rabitənin yenidən qurulması ilə bağlı işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Elektron Azərbaycan" və "Bölgələrin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramı çərçivəsində aparılır.

Xəbər lenti

Xəbər lenti