...

Azercell yeni GPRS/MMS rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 5 İyul 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərinin istifadəsinə Niderlandın "Vodofone-Libertel" operatoru ilə GPRS/MMS rouminq xidməti istifadəyə verib. Bu barədə məlumat şirkətin mətbuat xidmətindən verilib.

İndiyə qədər "Azercell Telekom" BM43 ölkənin mobil rabitə operatorları ilə 91GPRS/MMS rouminq sazişi bağlayıb.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 78, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət ilk öncə müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edirdi. Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Türkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti