...

Azərbaycan Rabitə Nazirliyi investisiyaların həcmini genişləndirir

Telekommunikasiya Materials 6 İyul 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva / Yanvar-may aylarında Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinin inkişafına qoyulan dövlət vəsaitlərinin həcmi 14045,9 min manat təşkil edib ki, bu da 2006-ci ilin analoji dövr göstəricisindən 6% çoxdur.

Cümə günü Rabitə və İnformiasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, vəsaitlər rabitə xətlərinin bərpasına, şəhələrarası fibrooptik magistralların tikintisinə və rabitə obyektlərinə yönəldilib.

Bu dövr ərzində nazirliyin aşağıdakı müəssisələrinə investisiya qoyulub: "Aztelekom" İB-yə 8272.6 min manat, "Teleradio" İB-yə 320,5 min manat, "Baktelekom" İB-yə 3005,6 min manat, "Azərpoçt" dövtlət müəssisəsinə 1763,5 min manat. 2007-ci ildə Rabitə Nazirliyi 29 mln. manat investisiya qoymağı planlaşdırır.

.

Xəbər lenti

Xəbər lenti