...

Azərbaycan rəqəmsal yayım texnologiyaları üzrə beynəlxalq konfransda iştirak edib

Telekommunikasiya Materials 7 İyul 2007 15:07 (UTC +04:00)

Azərbaycan,Bakı /müx. Trend S.Babayeva / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, nazirliyin nümayəndə heyəti " Rəqəmsal yayım texnologiyaları: tətbiq strategiyası" (DBT-2007)" üzrə ikinci beynəlxalq elmi- texniki konfransda iştirak edib.

Nümayəndə heyətinə Rabitə Nazirliyinin infrormasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov başçılıq edib. Konfransda rəqəmsal yayım sahəsində mütəxəssislərin hazırlanması, yayım sisteminin inkişafının, xidmət və texnologiyanın fundamental araşdırılması, yayımın yerüstü efir xidmətinin tezlik- ərazi planlaşdırılması, sputnik və kabel rəqəmsal yayımı, yayımın interaktiv və multimedia sistemlərinin və s.-nin problem və vəzifələri müzakir olunub. Tədbirin təşkilatçıları kimi Rabitə və Nəqliyyat Nazirliyi, rabitə və informasiyalaşdırma məsələləri üzrə dövlət departamenti, A.S. Popov adına Odessa Milli Akademiyası çıxış edib.

Xəbər lenti

Xəbər lenti