...

Azərbaycanın rabitə naziri: "CeBiTCiS sərgisi regional şirkətlərin marağını artırır"

Telekommunikasiya Materials 9 İyul 2007 14:15 (UTC +04:00)
Azərbaycanın rabitə naziri: "CeBiTCiS sərgisi regional şirkətlərin marağını artırır"

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva / Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bazar ertəsi CeBiTCiS - kompüter və informasiya texnologiyaları üzrə birinci beynəlxalq sərginin açılış mərasimində bildirib ki, Azərbaycanın hazırkı iqtisadi inkişafı, həmçinin ölkənin telekommunikasiya bazarının inkişafı beynəlxalq ictimaiyyətin ölkəyə marağına artırır və bu səbəbdən də təsadüfi deyil ki, Azərbaycan CeBiTCiS sərgisinin keçirilməsi üçün seçilib. Sərgidə 14 ölkədən 112 şirkət, o cümlədən 70 İran şirkəti iştirak edir.

CeBiTCiS rəsmən Azərbaycanın Rabitə Nazirliyi və Milli Teleradio Şurası tərəfindən dəstəklənir. Tədbirin təşkilatçısı G.C.C. İran şirkətidir. Nazirin sözlərinə görə, Azərbaycanda belə tədbirlərin keçirilməsi ölkədə regional innovasiya zonasının yaradılması ərəfəsində regional şirkətlərin marağının artırılması nöqteyi-nəzərindən çox vacibdir.

Xəbər lenti

Xəbər lenti