...

Azərbaycanın dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi ləngiyə bilər

Telekommunikasiya Materials 9 İyul 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva / Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bazar ertəsi CeBitCiS sərgisi zamanı bildirib ki, "Aztelekom" və "Baktelekom" dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi istiqamətində hazırlıq aparılır, amma istisna edilimr ki, bu proses uzana bilər.

Onun sözlərinə görə, dövlət rabitə müəssisələrinin özəlləşdirilməsinin ləngiməsinin səbəbi telekommunikasiya şəbəkəsinin müasirləşdirilməsi problemləri ilə bağlı ola bilər.

"Hazırda ölkədə müasirləşdirilmiş şəbəkəyə malik ərazilər var və burada müasir telekommunikasiya xidmətləri tətbiq olunub və bərpa olunmamış anaolji stansiyalari var" - deyə nazir bildirib.

Abbasov bildirib ki, infrastrukturun müasirləşdirilməsi özəllləşdirmə prosesinə müsbət təsir göstərə və şirkətlərin dəyərini artıra bilər.

"Hazırda bu məsələlər ətrafında danışıqlar aparılır. Lakin yaxın gələcəkdə məsələnin həlli gözlənilmir" -deyə nazir qeyd edib.

Rabitə müəssisələrinin qiymətləndirilməsi "CA IB Corporate Finance Beratungs Ges.m.b.H" və "Ernst & Young" şirkətləri tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti