...

Azərbaycanın Rabitə Nazirliyi yerli telefon danışıqları üçün abunə haqlarının yığılmasında problem görmür

Telekommunikasiya Materials 9 İyul 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanda yerli telefon danışıqları üçün abunə haqlarının qaldırılması vəsaitlərin yığılmasında problem yaratmayacaq. Bu barədə bazar ertəsi CeBitCiS sərgisi çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

"Beynəlxalq və şəhərlərarası tarifləri azaltmaqla biz beynəlxalq stanadartlara yaxınlaşmışıq. Abunə haqları ilə bağlı isə, mən hesab edirəm ki, hazırda yerli danışıqlar üçün ayda 2 manat ödəmək kifayət qədərdir",- deyə nazir bildirib.

İyunun 1-dən Tarif Şurasının telefon danışıqlarının qiyməti ilə bağlı 17 may qərarı qüvvəyə minib. Ölkə ərazisində aylıq telefon haqları 0,7 manatdan 2 manata qədər artırılıb. Bunun əvəzində ölkə ərazisində şəhərlərarası danışıqlar 0,09 manatdan 0,07 manata qədər azaldılıb.

Beynəlxalq telefon danışıqlarının da qiymətləri azaldılıb:

- MDB və Baltikyanı ölkələrə zənglər 0,45 manatdab 0,36 manata;

- İran, Türkiyə, Pakistana -0,54 manatdan 0,45 manata;

- Avropa ölkələrinə - 0,72 manatdan 0,54 manata;

- ABŞ və digər ölkələrə 0,9 manatdan 0,54 manata.

Xəbər lenti

Xəbər lenti