...

Azercell ölkə ərazisində stansiyalarının sayını artırır

Telekommunikasiya Materials 13 İyul 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərini keyfiyyətli rabitə ilə təmin etmək üçün Azərbaycanın ərazisində yeni radio-baza stansiyaları quraşdırılmasını davam etdirir.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, iyun ayında "Azercell Telekom" BM 18 yeni stansiyanı abonentlərinin istifadəsinə verib. Onlardan 12-si Bakı şəhərinin, 2-si isə Qəbələ rayonunun ərazisindədir. Yerdə qalan 4 stansiya Lənkəran, Sabirabad, Şəki və Şəmkirdə yerləşir. Şirkət iyun ayının sonuna ümumilikdə 2 rezervləşdirilmiş abonent bazası, 13 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi və 1195 stansiya quraşdırıb.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 78, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət ilk öncə müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edirdi. Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti