...

"Azərpoçt" Gürcüstanla elektron pul köçürmələrinə başlayıb

Telekommunikasiya Materials 14 İyul 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Rabitə Nazirliyinin poçt şöbəsinin rəhbəri Novruz Məmmədovun verdiyi məlumata görə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Dövlət Müəssisəsi Gürcüstanla elektron pul köçürmələri həyata keçirməyə başlayıb.

Onun sözlərinə görə, köçürmələr faksimil əsasda həyata keçirilir və Gürcüstan bu mübadilənin aparıldığı ikinci ölkədir.

Hazırda dövlət müəssisəsi Rusiya, Moldova, Belrus, Ukrayna, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri ilə STEFİ sistemi əsasında pul köçürmələri həyata keçirir. Planlara həmçinin Fransa, Estoniya və Mərkəzi Asiya ölkələri ilə analoji xidmətlərin yardılması daxildir.

Xəbər lenti

Xəbər lenti