...

Nazir: "Dünya Bankı Azərbaycanda "Elektron hakimiyyət"in tətbiqi layihəsi üzrə kreditin ayrılmasını təqdir edib" (video)

Telekommunikasiya Materials 14 İyul 2007 14:52 (UTC +04:00)
Nazir: "Dünya Bankı Azərbaycanda "Elektron hakimiyyət"in tətbiqi layihəsi üzrə kreditin ayrılmasını təqdir edib" (video)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Şənbə günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun verdiyi məlumata görə, avqust ayında Dünya Bankının "Elektron hakimiyyət" tətbiqi layihəsi üzrə missiyasının Bakıya səfəri gözlənilir.

Onun sözlərinə görə, nazirliyə artıq Dünya Bankından məktub daxid olub və məktubda bildirilir ki, təşkilatın rəhbərliyi layihənin reallaşması üçün kredit vəsaitlərinin ayrılmasını dəstəkləyir.

Missiyanın səfəri zamanı layihənin komponentləri və reallaşma istiqamətləri müzakirə olunacaq. Dünya Bankı Aəzrbaycana 30 mln. dollar həcmində kredit ayırmaq arzusunu ifadə edib. Azərbaycana kredit ayrılması ilə bağlı ilkin qərar 2006-cı ilin yayında nazir Abbasovun ABŞ-a səfəri zamanı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti