...

Azərbaycanın Rabitə Nazirliyi UCLA ilə danışıqlar aparır

Telekommunikasiya Materials 18 İyul 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kaliforniya Universiteti ilə ( University of California, Los Angeles - UCLA) Azərbaycan tələbələrinin bu təhsil ocağında informasiya texnologiyaları ixtisası üzrə təhsil alması barədə danışıqlar aparır.

Çərşənbə günü nazirlikdən verilən məlumata görə, universitetlə birlikdə hazırda azərbaycanlı tələbələrin effektiv tədris alması məqsədilə tədris proqramlarının və kursların seçimi prosesi gedir. Nazirlikdə bu prosesi ilin sonuna qədər başa çatdıracağlarına ümid edirlər, universitetdə tədris ili 2008-ci ilin yanvar ayında başlayır.

Azərbaycanın Rabitə Nazirliyi UCLA ilə əməkdaşlıq haqqında memoranduma malikdir və müvafiq işlər bu memorandum çərçivəsində həyata keçirilir.

Danışıqların bitməsindən sonra namizədlərin seçimi məqsədilə müsabiqə elan olunacağı gözlənilir ki, bundan sonra da sənədlər yekun seçim məqsədilə universitetə göndəriləcək. Hazırda 30 azərbaycanlı tələbə İT ixtisası üzrə ABŞ-da C. Meyson adına universitetdə, Odessanın Rabitə Akademiyasında, Koreyanın perspektiv elmi tədqiqatlar və texnologiyalar İnstitutunda təhsil alırlar.

Universitetlərlə razılığa əsasən, Azərbaycandan olan tələbələr pulsuz təhsil və Rabitə Nazirliyinin hesabına təqaüd alırlar. Namizədlərdən tələb olunan əsas kriteriyalar Azərbaycan vətəndaşlığı və ingilis dilinə mükəmməl sahib olma bacarığıdır (TOEFL və ya İELTS sertifikatı).

Xəbər lenti

Xəbər lenti