...

HP Azərbaycan Dövlət Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan layihəni başa çatdırıb

Telekommunikasiya Materials 20 İyul 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Cümə günü "Hewlett Packard"ın (HP) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovun verdiyi məlumata görə, şirkət Azərbaycan Dövlət Sosial Müdafiə Fondu üçün nəzərdə tutulmuş layihənin reallaşmasını başa çatdırıb.

Onun sözlərinə görə, mümkündür ki, bir ay ərzində fond özü başa çatmış layihənin təqdimatını həyata keçirsin. Hacıəlibəyov hesab edir ki, layihənin reallaşması uğurla başa çatıb.

Fondun bazasında məlumatların emalı mərkəzi və müştəri terminallarını birləşdirən möhkəmləndirilmiş İT-infrastrukturu yaradılıb, tərkibinə fərdi hesabların yaradılmasının daxil olduğu yeni təqaüd sisteminə keçid həyata keçirilib.

Məlumatların emalı mərkəzinə HP Integrity rx7620 serverləri və HP StorageWorks EVA4000 disk massivləri təqdim olunub.

Fondun bütün ölkəni əhatə edən 75 şöbəsinin işi 95 HP ProLiant DL380 serverləri və 1600 HP t5125 həssas müştərisi tərəfindən dəstəklənəcək. Nəticədə dövlət fondu İT infrastrukturu və hesablama mərkəzi əldə etmiş olur.

HP şirkətinin keçmiş Sovet İttifaqı ərazisində fəaliyyəti 1968-ci ildən başlanıb. HP şirkəti bütün MDB ölkələrində və Monqolustanda təmsil olunub. Hazırda MDB ərazisində, yəni Kiyevdə, Bakıda, Almata və Astanada dörd nümayəndəlik fəaliyyət göstərir.

HP-nin MDB ölkələrindəki rəsmi nümayəndəliyi şirkətin Qazaxıstanda, Ukrayna və Azərbaycandakı fəaliyyəti üçün məsuliyyət daşıyır, iri korporativ sifarişçilərlə əməkdaşlıq edir, kiçik və orta müəssisələrdə biznesin inkişafı ilə məşğul olur.

HP tərəfdaş şəbəkəsi vasitəsilə satış və xidmət dəstəyini inkişaf etdirir. HP şirkəti Azərbaycanda filialını 2004-cü ilin iyun ayında açıb və kommersiya fəaliyyəti aparmaq hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti