...

"Azərfon" rouminq tərəfdaşlarının sayını artırır

Telekommunikasiya Materials 26 İyul 2007 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / GSM standartı üzrə Azərbaycanda Mobil rabitə xidmətləri göstərən "Azərfon" BM beynəlxalq rouminqin əhatə dairəsini genişləndirir. Şirkətdən verilən məlumata görə, şirkətin kommersiya faliyyətinin ilk dövründən (20 mart 2007-ci il) bəri ilk dəfə olaraq şirkət bütün abonentlərinə beynəlxalq rouminq xidmətləri təklif edir. "Nar Mobile"nin bütün abonentləri bu xidmətdən hər hansı bir depozit ödənişləri olmadan istifadə edə bilərlər.

İyulun 23-dən başlayaraq "Nar Mobile" abonentləri Ukrayna, BƏƏ, Rusiya və Türkiyədə birbaşa rominq xidmətindən istifadə edə bilərlər.

"Nar Mobile"nin yeni rouminq tərəfdaşları "Aselit" (Ukrayna), "Etisalat" (BƏƏ), "Vodafone" (Türkiyə) və "Motiv" (Rusiya- Yekaterinburq) şirkətləridir.

Hazırda "Azərfon"un əhatə dairəsinə 212-dən çox ölkə və 430 operator daxildir. "Azərfon" BM Azərbaycan ərazisində GSM standartlı Mobil rabitə xidmətlərinin göstərilməsi ilə bağlı lisenziyanı Azərbaycanın Rabitə və İnfomasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında alıb. Kommersiya fəaliyyəti ilə şirkət 2007-ci ilin martından məşğul olur. Şirkətin abonentlərinin sayı 100 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti