...

Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilib

Tender müsabiqələri Materials 14 İyun 2012 11:47 (UTC +04:00)
"Azərsu" ASC Yevlax şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə açıq tender elan edib.
Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilib

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Ə.Həsənov/

"Azərsu" ASC Yevlax şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə açıq tender elan edib. Bu barədə cümə axşamı Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

"Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə əsasən, uzunluğu 124 kilometr olan paylayıcı su şəbəkəsi, magistral su kəməri (34 kilometr), su anbarları, 15 ədəd nasos stansiyasının tikilməsi, ev birləşmələri, uzunluğu 129 kilometr olan kanalizasiya şəbəkəsinin çəkilməsi, magistral kanalizasiya kollektoru, anbar, sex, qaraj və inzibati binanın inşası nəzərdə tutulub.

Tenderdə iştirak haqqı 150 manat və ya 200 dollar təşkil edir.

Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 30 iyul 2012-ci il tarixinədək aşağıdakı ünvan üzrə "Azərsu" ASC-yə təqdim edilməlidir: Bakı şəhəri, Moskva prospekti, 67.

Əlaqələndirici şəxs: İlqar Tağıyev; telefon (012) 431 47 67; elektron poçt: [email protected]

Xəbər lenti

Xəbər lenti