...

"LUKOYL-Azərbaycan" tender elan edib

Tender müsabiqələri Materials 16 İyun 2012 13:42 (UTC +04:00)
"LUKOYL-Azərbaycan" QSC neft şirkəti 2012-ci il üçün yanacaqdoldurma kolonkalarının alınması ilə bağlı açıq tender elan edib.
"LUKOYL-Azərbaycan" tender elan edib

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Ə.Həsənov/

"LUKOYL-Azərbaycan" QSC neft şirkəti 2012-ci il üçün yanacaqdoldurma kolonkalarının alınması ilə bağlı açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü QSC-nin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tender çərçivəsində məhsuldarlığı 45 litr/saniyə olan 4 tapançalı 10 ədəd yanacaqdoldurma kolonkası və məhsuldarlığı 80 litr/saniyə olan 2 tapançalı 1 ədəd yanacaqdoldurma kolonkasının alınması nəzərdə tutulur.

Müvafiq sənədləri, oxşar işlərdə təcrübəsi olan, texniki və maliyyə imkanlarına, habelə zəruri kadr resurslarına malik iddiaçılara üstünlük veriləcək.

Müvafiq təkliflər 16 iyul 2012-ci il tarixinədək təqdim edilməlidir, təkliflər zərfinin açılması isə iyulun 18-də saat 11:00-da "LUKOYL-Azərbaycan" QSC-nin ofisində baş tutacaq. Ünvan: Z.Tağıyev küçəsi, 13.

Əlaqələndirici şəxs: Əhməd Mayıl. Telefon: (012) 497 4149, (050) 383 0908

Xəbər lenti

Xəbər lenti