...

Dövlət Sosial Müdafiə Fondu inzibati binanın tikintisi üçün tender elan edib

Tender müsabiqələri Materials 19 İyun 2012 13:00 (UTC +04:00)
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beyləqan rayonu üzrə yeni inzibati binanın inşası məqsədilə açıq tender elan edib.
Dövlət Sosial Müdafiə Fondu inzibati binanın tikintisi üçün tender elan edib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beyləqan rayonu üzrə yeni inzibati binanın inşası məqsədilə açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Yüksək keyfiyyət təklif edən, zəruri maliyyə və texniki imkanlara, kadr potensialına, analoji sahələrdə iş təcrübəsi olan iştirakçılara üstünlük veriləcək.

Tenderdə iştirak haqqı 150 manatdır.

Tenderdə iştirak etmək üçün müvafiq sənədlər 23 iyul 2012-ci il, saat 12:00-dan gec olmayaraq DSMF-nin Beyləqan şöbəsinə təqdim edilməlidir. Ünvan: Beyləqan şəhəri, H.Əliyev prospekti, 7.

Xəbər lenti

Xəbər lenti