...

Azərbaycanın Fitosanitar Nəzarəti Xidməti avadanlıq alacaq

Tender müsabiqələri Materials 27 İyun 2012 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/Trend, müxbir A. Axundov/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti zəruri avadanlığın satın alınması məqsədilə tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü tender komissiyasının yaydığı məlumatda deyilir.

Tender iki lot üzrə keçirilir. Onlardan birincisi laborator avadanlıq və xüsusi təyinatlı avtomobillərin, ikincisi isə kompüter və digər avadanlığın alınmasını nəzərdə tutur.

Lotların hər biri üzrə iştirak haqqı 150 manat təşkil edir.

Tender təklifləri 25 iyul 2012-ci il tarixinədək qəbul edilir.

Xəbər lenti

Xəbər lenti