...

Azərbaycanda yol layihəsi çərçivəsində maraqlar sorğusu elan edilib

Tender müsabiqələri Materials 3 Oktyabr 2012 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Ələt-Astara magistral avtomobil yolunun Masallı-Cəlilabad sahəsinin (142+890 kilometr - 110+130 kilometr) tikintisinə texniki nəzarət üzrə maraqlar sorğusu elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Xalq qəzeti"ndə dərc edilən məlumatda deyilir.

Xidmətlərin 2013-cü ilin aprel ayından gec olmayaraq başlaması və 2016-cı ilin aprel ayınadək tamamlanması nəzərdə tutulur.

Məsləhət xidmətlərinin göstərilməsi Asiya İnkişaf Bankının (AİB) krediti çərçivəsində təmin ediləcək.

AİB-ə üzv olan ölkələrdən olan məsləhətçilər əlavə məlumatları yerli vaxtla saat 10:00-dan 16:00-dək aşağıda qeyd olunmuş ünvandan ala bilərlər. Maraqların ifadəsi 30 oktyabr 2012-ci il tarixdən gec olmayaraq aşağıdakı ünvana çatdırılmalıdır: "Azəryolservis" ASC, Azərbaycan, AZ 1010 Bakı, Üzeyir Hacıbəyov küçəsi, 72/4, tel: (+994 12) 493 00 45, 493 24 76, faks: (+994 12) 493 46 65

Xəbər lenti

Xəbər lenti